Volqoqradda dəhşətli cinayət: İki azərbaycanlı və dörd özbək çin vətəndaşını öldürüb arvadını zorladılar
25 May 2018 12:37 DünyaRusiyanın Volqoqrad vilayətində 4 özbək və iki Azərbaycan vətəndaşının iştirakıyla dəhşətli cinayət baş verib. Musavat.com-un yerli Visota-102 telekanalına istinadən məlumatına görə, hadisə vilayətin Dubovsk rayonunu Qordişinsk kəndində baş verib.
Kənndə fermer təsərrüfatıyla məşğul olan Çin vətəndaşının evində külli miqdarda pul olduğunu öyrənən cinayətkarlar gecə yarısı ora hücum ediblər. Cinayətkarlar ev sahibi və arvadının əl-qollarını bağlayandan sonra evi ələk-vələk etsələrdə, heç nə tapa bilməyiblər.
Bundan sonra onlar çinlinin həyat yoldaşını qrup şəklində zorlayıblar. Onun özünü isə kəndin kənarına apararaq öldürüblər.
Volqoqrad polisi cinayətin üstünü isti izlərlə açıb. Rusiya qanunvericiliyinə görə, onları 20 il həbs gözləyir.
Volqoqrad vilayət prokurorluğunun sözçüsü Oksana Çeredninanın verdiyi məlumata görə, cinayətin başqa iştirakçılarının da olması ehtimalı var.