ABŞ Türkiyəni cəzalandırır – İlk addım atıldı

ABŞ Konqresinin Nümayəndələr Palatası ölkənin Müdafiə Nazirliyinin büdcə layihəsini təsdiq edib. Məclis üzvlərinin 361 nümayəndəsi Pentaqonun büdcəsini dəstəklədiyi təqdirdə, 66 nəfər büdcənin əleyhinə səs verib.

ABŞ Konqresinin Nümayəndələr Palatası ölkənin Müdafiə Nazirliyinin büdcə layihəsini təsdiq edib.

Məclis üzvlərinin 361 nümayəndəsi Pentaqonun büdcəsini dəstəklədiyi təqdirdə, 66 nəfər büdcənin əleyhinə səs verib.

Büdcə layihəsində Türkiyə ilə bağlı abzas da var. Layihədə qeyd edilib ki, Ankaranın Rusiyadan S-400 hava müdafiə sistemləri alması iki ölkə arasında qarşıdurmanı gücləndirib.

Qanuna əsasən, Pentaqonun əsas büdcəsi 639 milyard olacaq. Bundan əlavə, 69 milyard dollar xaricdə keçiriləcək əməliyyatlara, 700 milyon dollar müdafiə məqsədi olmayan proqramlara xərclənəcək. Ümumilikdə büdcə 709,2 milyard civarında qərarlaşır.

Büdcə layihəsində İŞİD-ə qarşı mübarizədə çərçivəsində İraqdakı proqrama 850 milyon dollar ayrılacaq. Suriya üçün isə 300 milyon dollar ayrılır. Eyni zamanda "digər" başlığı altında 250 milyon dolların da sərhəd təhlükəsizliyi üçün ayrıldığı görünür.

Sənədin Türkiyə hissəsində qeyd edilir ki, Ankaranın Rusiyadan S-400 hava müdafiə sistemləri alması iki ölkə arasında qarşıdurmanı gücləndirib. Əlavə olunur ki, Türkiyənin Rusiyadan S-400 kompleksləri alması ABŞ ilə Türkiyə arasında birgə silah sistemlərinin hazırlanmasına ciddi təsir edəcək. Həmçinin bildirilir ki, Ankaranın bu addımı NATO-dakı ortaq əməkdaşlığa və ABŞ-Türkiyə arasında əldə edilən ikitərəfli razılaşmalara təsir göstərəcək.

Qanun layihəsi qəbul edildikdən sonrakı 60 gün içərisində Pentaqonun Dövlət Departamenti ilə birlikdə Türkiyə-Amerika arasındakı münasibətlərə dair Konqresin müvafiq komitəsinə əhatəli bir hesabat verməsi tələb olunur. Hesabatda ABŞ-ın Türkiyədəki diplomatik və hərbi iştirakı, İncirlik daxil olmaqla Vaşinqtonun fəaliyyətinin dəyərləndirilməsi istənilib. Sənəddə eyni zamanda Ankara Rusiyadan S-400 kompleksləri alacağı təqdirdə bunun Türkiyə-Amerika əlaqələrinə təsiri, Türkiyənin istifadə etdiyi ABŞ istehsalı olan silahlara təsiri qeyd edilməlidir.

Layihədə ABŞ istehsalı olan sözügedən silahlar bu formada siralanıb: F-35 tipli beşinci nəsil hərbi təyyarələri, Patriot hava müdafiə sistemləri, Chinook markalı ağır yük daşıyan helikopterlər, AH-1 tipli Kobra və H-60 Black Havk tipli helikopterlər və F-16 qırıcıları.

Qanun layihəsində bu hesabat hazır olmadan Konqresin Türkiyəyə silah satışına razılıq verməyəcəyi qeyd edilir.

Xatırladaq ki, qanun layihəsi bundan sonra Senatdan keçməlidir. Sonda isə Pentaqonun büdcə layihəsi ABŞ prezidenti tərəfindən təsdiq edilməlidir.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31