Atatürk hava limanı park olacaq

Atatürk hava limanı İstanbulda yeni aeroportun açılışından sonra park kimi fəaliyyət göstərəcək.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı bildirib ki, Atatürk hava limanının yerində park yaradılacaq.

O vurğulayıb ki, İstanbulda yeni aeroportun tikintisinə ehtiyac var idi.

Bundan əvvəl Atatürk hava limanının sərgi mərkəzi kimi fəaliyyət göstərəcəyi bildirilirdi.

Qeyd edək ki, bu il oktyabrın 31-də Atatürk aeroportunda bütün uçuşlar dayandırılacaq.

Hazırda İstanbulun şimal hissəsində yeni hava limanının tikintisi üzrə işlərin 88 faizi başa çatıb.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31