Dünyanın ən təhlükəsiz ölkəsində terror: YARALILAR VAR
Reuters xəbər agentliyi, Kanadanın Mississoqa şəhərində, şübhəli bir partlayış baş verməsi barədə, məlumat yayıb. Partlayışda 3-ü ağır olmaqla, 15 nəfər yaralanıb.
25 May 2018 10:29 DünyaReuters xəbər agentliyi, Kanadanın Mississoqa şəhərində, şübhəli bir partlayış baş verməsi barədə, məlumat yayıb.
Partlayışda 3-ü ağır olmaqla, 15 nəfər yaralanıb.
Məlumatlara görə, kimliyi məlum olmayan şəxs, əlində partlayıcı maddə ilə restorana daxil olub və maddəni həmin məkana ataraq qaçıb.
Terrorun törədildiyi məkan "Bombay Bhel" adlı hind restoranıdır. Kanada polisi, şübhəli partlayışı araşdırmaq üçün hərəkətə keçib. İlkin məlumatlara görə, hadisəni törədən iki kişi olub. Hadisə zamanı, restoranda neçə nəfərin olması barədə məlumat verilmir.
Digər tərəfdən sosial mediada, hind restoranında terror törədən iki nəfərin görüntüləri yayılıb.
A24.Az