Silahlılar partiya binasını zəbt etdi - Deputat öldü
Ukraynanın Çerkası şəhərində naməlum silahlı şəxslər yerli siyasi partiyanın binasını zəbt ediblər. Qumbara və tapança ilə silahlanmış iki nəfər binanı partladacaqları ilə hədələyiblər.
25 May 2018 09:55 DünyaUkraynanın Çerkası şəhərində naməlum silahlı şəxslər yerli siyasi partiyanın binasını zəbt ediblər.
Qumbara və tapança ilə silahlanmış iki nəfər binanı partladacaqları ilə hədələyiblər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının operativ qrupu, təcili yardım briqadası gəlib. Binada atışma səsləri eşidilib.
Yerli mətbuatın məlumatına görə, atışma zamanı bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.
Ölən şəxsin Çerkası Vilayət Şurasının deputatı Sergey Quranın olduğu bildirilir. (Azərtac)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31