Dünyanın ən böyük xəzinəsi tapıldı

İspaniya donanmasına aid gəminin üç əsr boyunca okeanın altında qalan xəzinələrlə dolu hissələri tapılıb.

Olaylar.az Haberler`ə istinadən bildirir ki, Karib dənizində İngiltərə donanması tərəfindən batırılan gəmini araşdıran mütəxəssislər qalıqların "San Xose"yə aid olduğunu qeyd ediblər.

2015-ci ildə tapılan gəmi 1708-ci ildə batırıldığı zaman Amerika qitəsindəki xəzinələri Avropaya daşıyırmış. Mütəxəssislərin məlumatına görə, "San Xose"nin içindəki qızıl və digər qiymətli daş-qaşların 18 milyard dollara yaxın qiyməti var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31