Seriala görə iki ölkə arasında münasibətlər gərginləşdi
20 May 2018 15:42 DünyaSudan Misirə nota verib.Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb Misirin bəzi televiziyalarında yayımlanan bir serialda Sudanın pis göstərilməsi olub.Sudan XİN-in sözçüsü Qariballah əl-Hadır bu barədə yazılı açıqlama verib."Misirdə yayımlanan bəzi kanallarında nümayiş etdirilən "Əbu Ömər əl-Misriyyə" adlı serialda Sudana gələn Misir vətəndaşları haqqında pis imic formalaşdırılır və terrorçu damğası vurulur", - açıqlamada qeyd olunur.Sözçü bildirib ki, serialın bəzi səhnələrində Sudanın simvollarından istifadə olunub və buna görə rəsmi dairələrdən icazə alınmayıb.Hadır sözügedən serialla bağlı may ayının 16-da Misirin Hartum şəhərindəki səfiri Usamə Şeltuta etiraz notası verildiyini sözlərinə əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31