Rusiya öz ərazilərində terrorçuluqla mübarizə üzrə kifayət qədər səy göstərmir.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidmətinin nümayəndəsi Kon Folkner bildirib.
Onun sözlərinə görə, ABŞ və Mərkəzi Asiya regionunun çox ölkəsi Rusiyada olan radikalizmdən narahatdır.