Albaniyada 4,5 bal gücündə zəlzələ olub

Albaniyada 4,5 bal gücündə zəlzələ baş verib.Trend-in Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Vlyore şəhərindən 23 kilometr cənub-şərqdə, ocağı isə iki kilometr dərinlikdə yerləşib.Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31