Təyyarə qəzasında ölənlərin sayı artdı: 20 rahib...

Ötən gün Kubanın havana hava limanında "Boyinq" sərnişin təyyarəsinin qəzaya düşməsi nəticəsində ölənlərin sayı 110-a qalxıb.

Axar.az xəbər verir ki, ekipajla birlikdə, 113 nəfərin olduğu təyyarədə hazırda 3 nəfər sağ qalıb və onlar ağır vəziyyətdə xəstəxanadadırlar. Ölənlərdən 5-i uşaqdır.

O da aydınlaşıb ki, Havanadan Havanadan Olqin şəhərinə uçan təyyarədə 20 rahib (pastor) da olub və onlar hamısı dünyasını dəyişib.

Qeyd edək ki, mayın 18-də Kubanın Havana limanından havaya qalxan "Cubana de Aviacion" şirkətinə məxsus Boyinq-737 sərnişin təyyarəsi bir neçə dəqiqə sonra qəzaya uğrayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31