Ərdoğanın kürəkənindən ilginc mesaj

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Süməyyə Bayraqdarın həyat yoldaşı Səlcuq Bayraqdar Qadın və Demokratiya Dərnəyinin başlatdığı “Biz varıqsa, demokratiya var” adlı kampaniyaya dəstək verib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Süməyyə Bayraqdarın həyat yoldaşı Səlcuq Bayraqdar Qadın və Demokratiya Dərnəyinin başlatdığı "Biz varıqsa, demokratiya var" adlı kampaniyaya dəstək verib.

Səlcuq Bayraqdar həyat yoldaşı ilə birlikdə Qadın və Demokratiya Dərnəyinin afişası qarşısında selfi çəkdirib. Tvitter mikrobloqunda fotonu yerəşdirən Səlcuq Bayraqdar "Biz varıqsa, demokratiya var" kampaniyasını biz də dəstəkləyirik" qeydini paylaşıb.

Xatırladaq ki, ölkə prezidentinin qızı Süməyyə Bayraqdar Qadın və Demokratiya Dərnəyinin rəhbərliyində təmsil olunur.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31