Çində leysan yağışları 8 nəfərin həyatına son qoyub
18 May 2018 18:46 DünyaÇinin şimal-qərbindəki Qansu əyalətində aramsız yağışlar ciddi fəsadlara yol açıb.
Trend-in məlumatına görə, leysan yağışları nəticəsində azı 8 nəfərin həlak olduğu bildirilir. Məlumata görə, 3 min hektardan çox torpaq sahəsinə ziyan dəyib. Ümumilikdə şidəttli yağıntı Dinsi və Lunnan şəhərlərində ciddi fəsadlara səbəb olub.
Hazırda bölgədə qalan əhaliyə yardım çatdırılır və ziyan görmüş infrastrukturun bərpası üzrə işlər aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31