Çin geri addım atır: ABŞ-a 200 milyardlıq güzəşt

Çin ABŞ-a ticarət balansındakı kəsirinin azaldılması üçün 200 milyard dollarlıq tədbirlər paketi təklif edib.

Bildirilir ki, əgər ABŞ Prezidenti Donald Тramp Çin tərəfinin təklifini qəbul etsə, əsas məbləğı "Boeing" korporasiyası alacaq.

Mayın 10-da Çinin ABŞ-la ticari qarşıdurmadan yayınmaq üçün danışıqlar zamanı Amerika mallarının idxalını artırmağı təklif edəcəyi bildirilirdi.

Xatırladaq ki, mayın 4-də Çin və ABŞ arasında Pekində keçirilən ikigünlük ticarət məsələləri üzrə danışıqlar uğursuzluqla başa çatıb.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31