Ərdoğan Avropa ölkəsinə səfər edəcək

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 2 gün sonra Bosniya və Hersoqoviniyaya işgüzar səfər edəcək.

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 2 gün sonra Bosniya və Hersoqoviniyaya işgüzar səfər edəcək.

Ərdoğan səfər çərçivəsində Bosniya və Hersoqovinanın Prezident Şurasının sədri Bakir İzetbeqoviç ilə bir araya gələcək.

O, Avropalı Türk Demokratlar Birliyinin (UETD) 6-cı Baş Assambleyasına da qatılacaq. Bundan əlavə, Beynəlxalq Saraybosna Universiteti tərəfindən özünə həvalə ediləcək fəxri doktor adı üçün keçiriləcək mərasimə qatılacağı açıqlanıb.

Görüşlərdə Bosniya Və Herseqovina ilə ikitərəfli əlaqələr və Balkan ölkələrindəki hadisələr müzakirə olunacaq, həmçinin digər regional və beynəlxalq məsələlərə qiymət veriləcək.

Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31