Fransa hökuməti sanksiyalar tətbiq etdi

Fransa hökuməti Suriyada kimyəvi silah hazırlanmasında əlaqəsi olduğu ehtimal edilən 3 fiziki şəxsin və 9 şirkətin aktivlərini dondurub.

Bu barədə Fransa xarici işlər naziri Jan İv le Drian və iqtisadiyyat naziri Bruno Le Merin yaydığı birgə məlumatda bildirilib.

"Suriyadakı elmi-tədqiqat mərkəzi üçün bu ölkənin kimyəvi və ballistik potensialının inkişafında istifadə olunan materialların verilməsi, yaxud bunda iştiraka görə 3 nəfər və 9 şirkət sanksiya siyahısına salınıb. Həmin mərkəzin maraqları üçün işləyən 3 şəbəkəyə qarşı da tədbirlər görülüb", - deyə məlumatda vurğulanıb.

Fransanın xarici işlər naziri Jan İv le Drian daha əvvəl qeyd etmişdi ki, Qərbin hava zərbələrindən sonra Suriya kimyəvi silah hazırlaya bilməyəcək.

Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31