Bu çiyələklərdə antibiotiklər aşkar edilib
Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti Çindən idxal olunan çiyələklərdə antibiotiklər aşkar edib.
17 May 2018 18:59 DünyaRusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti Çindən idxal olunan çiyələklərdə antibiotiklər aşkar edib.
Rusiyanın Primorsk diyarında və Saxalinə Çindən gətirilmiş 8 tona yaxın çiyələkdə lüfenuron pestisidi tapılıb.
Bununla belə, meyvə-tərəvəz məhsullarının daşınması və saxlanması zamanı antibiotiklərin istifadəsinə qadağa mövcud olmadığı üçün, Rusiyada bu məhsulların idxalına qadağa qoyulması mümkün deyil.
Bununla əlaqədar olaraq, Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti bu sahədə qanunvericiliyə dəyişikliklərin olunmasını təklif edib.
Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31