Rusiya Azərbaycandan aldığı 4 ton əti GERİ QAYTARACAQ
21 Mart 2017 11:46 DünyaAzərbaycandan Rusiyaya ixrac edilmiş 3,8 ton ət geri qaytarılacaq.
Rusiya Kənd Təsərrüfatı Nəzarəti İdarəsinin Moskva, Moskva ətrafı və Tula üzrə müfəttişləri əti Rusiyaya ixrac edən şirkətin Azərbaycanda attestasiyada keçmədiyini və ixracla bağlı xüsusi icazəyə malik olmadığını bildiriblər.
Ət ixrac edən firmaya geri qaytarılacaq. Apa "riamo.ru" saytına istinadən məlumat verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31