Kral Trampa müsbət cavab verdi

Amerikanın yeni prezidenti Donald Trampın  Səudiyyə Ərəbistanın kralı ilə telefon danışıqları zamanı  Yəmən və Suriyada təhlükəsiz bölgə yaratmaq üçün bir yerdə hərəkət etmək qərarını verdilər.

"Olaylar" "Habertürkə" istinadən bildirir ki, bu barədə Ağ evdən məlumat yayılıb. Belə ki, Tramp Səudiyyə Ərəbistanın kralı Selman Bin Abdulaziz ilə telefon danışıqları nəticəsində bu qərara gəliblər. Verilən məlumatda qeyd olunur ki, telefon danışı zamanı Tramp Suriya və Yəməndə təhlükəsizliyi bərpa etmək üçün kraldan kömək istəyib. Selman Bin Abdulaziz Trampın bu istəyinə müsbət cavab verib.

Digər tərəfdən də Tramp viza qadağası haqqında "Bu müsəlmanlara olan qadağa deyil" ifadəsini işlədib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31