Kanadada məscidə silahlı basqın olub
30 Yanvar 2017 10:25 DünyaKanadan;n Quebec vilayətində yerləşən məscidə silahlı basqın olub. Silahlı basqın sübh namazı vaxtı olub.
"Olaylar" " Milliyət"- ə istinadən bildirir ki, basqın nəticəsində ən az beş nəfərin öldüyü, çox sayda yaraların xəstəxanaya aparıldığı qeyd olunur. Polis şübhəli qismində iki nəfəri saxlayıb.
Qaçqınlara qarçı sərt münasibəti ilə seçilən Kanadanın Quebec vilayətinin mərkəzində yerləşən Quebec City - də bir məsciddə təxminən 40 nəfərin sübh namazı vaxtə açılan atəşdən ən az 5 nəfər həyatını itirib. Fransa mətbuatı və yerli Kanada mətbuatı qeyd edir ki, üç silahlı şəxs məsciddə atəş açıb. Silahlı basqının olduğu Quebec City İslam Mədəniyyət Mərkəzinə çoxlu sayda təcili yardım maşınlarının gəldiyi və yaralıları xəstəxanaya çatdırıldığı qeyd olunur.