Britaniya Ukraynaya hərbi gəmi göndərir

Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin raket silahı ilə təchiz olunmuş "HMS Diamond" eskadra mina gəmisi krallığın Ukraynada məxfi tapşırıq yerinə yetirən hərbçilərini qorumaq üçün sözügedən ölkənin sahillərinə yola düşmək barədə göstəriş alıb.

Nəşrin məlumatına görə, Britaniyanın hərbi gəmisi "soyuq" müharibədən sonra ilk dəfə olaraq Qara dənizə daxil olacaq.

Qabaqcıl hava hücumundan müdafiə sistemi ilə təchiz edilmiş bu müasir gəminin Ukraynaya göndərilməsi əmrini baş nazir Tereza Mey verib.

Qəzet yazır ki, "HMS Diamond" Ukraynada məxfi təlimlərdə iştirak edən 650 britaniyalı hərbçinin müdafiə olunmasına kömək edəcək. "Report" xəbər verir ki, bu barədə "The Daily Star" qəzeti yazıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31