Merkel Trampın qaçqınlar haqqında fərmanını tənqid edib

Almaniyanın kansleri Angela Merkel Trampın əhalisinin çoxu müsəlman olan ölkələrin vətəndaşlarının ABŞ ərazisinə girişinin qadağan edilməsi barədə fərmanını tənqid edib.

Məlumata görə, bunu AFR hökumətinin nümayəndəsi Şteffen Zaybert "Spiegel" qəzetinə müsahibəsində deyib.

"Merkel əmindir ki, terrorçuluqla fəal mübarizə müəyyən mənşəli və ya dini olan insanları terrorçuluqda şübhəli bilməyə əsas vermir", - Zaybert deyib.

Trend-in "RİA Novosti"yə istinadən verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31