Türkiyə hərbçiləri 18 terrorçu öldürdülər

Türkiyə Silahlı Qüvvələri Suriyada həyata keçirilən "Fərat qalxanı" əməliyyatının 159-cu günündə İŞİD terror təşkilatının mövqelərinə zərbələri davam etdirib.

Növbəti əməliyyat günündə terrorçuların Suriyanın şimalında yerləşən 18 mövqeyinə zərbə endirilib.

Nəticədə 18 terrorçu zərərsizləşdirilib. Publika.az report-a istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31