Suriyada 120 hərbiçi öldürüldü
20 Yanvar 2017 17:08 DünyaSuriyanın Hələb şəhərinin qərbindəki Şeyx Süleyman bölgəsində yerləşən təlim düşərgəsinə qarşı həyata keçirilən hərbi hava əməliyyatları nəticəsində "Fetih el Şam" təşkilatının (keçmiş adı "El Nusra cəbhəsi" adlanır) 120 hərbiçisi öldürülüb.
Hələlik hava zərbələrinin Rusiya və ya ABŞ təyyarələri tərəfindən edildiyi dəqiq məlum deyil.
Ancaq "Fetih el Şam" təşkilatına yaxın olan mənbələr hücumun ABŞ döyüş təyyarələri tərəfindən edildiyini iddia edir.
Publika.az xarici mediaya istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31