Obama Ağ Evdəki son günündə ELƏ BİR ADDIM ATDI Kİ...
20 Yanvar 2017 17:05 DünyaBarak Obama Ağ Evi tərk etməmişdən öncə 715 məhbusun cəzasını yüngülləşdirməklə bağlı qərar verib.
Ağ Ev-in açıqlamasında bunun ABŞ tarixində ən çox cəza endirimi olduğu bildirilir.
Amnistiyaya düşən məhbusların 589-u ömürlük həbs cəzasına məhkum edilənlərdir.
Qeyd edək ki, Obama iki gün öncə ABŞ-ın məxfi sənədlərini "Wikileaksa" verdiyinə görə, 35 il həbs cəzasına məhkum edilən Chelsea Manning də daxil olmaqla 64 məhbusu əfv edib. Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31