"Reina" terrorçusu polislərdən davamlı olaraq eyni sualı soruşur

"Reina" terrorçusu ilə əlaqədar son dəqiqə xəbərləri gəlməyə davam edir.

Abdulqadir Maşaripovu dindirən İstanbul Terrorla Mübarizə İdarəsinin polisi təcavüzkarın 4.5 yaşlı oğlunu qaçıran 3 İŞİD-çini axtarır.

Polislər Maşaripova silah verən və Bakırköyə qaçarkən avtomobildə olan 1 adamla 4.5 yaşlı uşağı gizlədən 3 İŞİD-çini tutmaq üçün əməliyyatlarını davam etdirirlər. Tutulduqdan sonra davamlı olaraq oğlunu soruşan Maşaripov bildirib: "Silivridəykən yanıma biri gəldi: "Hər yerdə axtarılırsan. Uşağını aparacağıq, qaçacağın zaman gətirəcəyik", - deyərək məndən alıb apardılar".

milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31