Ali Məhkəmənin hakimi olan təyyarə qəzaya düşdü
20 Yanvar 2017 09:40 DünyaBraziliyada göyərtəsində Ali Məhkəmənin üzvü olan təyyarə qəzaya uğrayıb.
Braziliyanın Federal Ali Məhkəməsinin üzvü Teori Zavaskinin olduğu təyyarə Rio-de-Janeyro yaxınlığında dənizə düşüb. Təyyarədəki 4 sərnişinin taleyi barədə məlumat yoxdur.
Məlumata görə, hakim Teori Zavaski Braziliyanın icra və qanunverici orqanlarının Petrobras neft-qaz şirkətində korrupsiya əməllərində iştirakı ilə bağlı təhqiqatlar aparırmış. Publika.az TASS-a istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31