Səfirin ölümünə görə daha bir polis tutuldu

Ankara məhkəməsi Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətli ilə əlaqədar daha bir polis əməkdaşı barəsində həbs qətimkan tədbiri seçib.

Cinayət işinin istintaqı çərçivəsində saxlanı 7 polis əməkdaşı - Kaan Bülbül, Səfa K., Ufuk Q., Kadir Ş., Oğuzxan O., Doğuxan S. və Bilal D. Ankara prokurorluğunda dindirilib.

Dindirilmədən sonra Səfa K. sərbəst buraxılıb. Kaan Bülbül barəsində həbs qətimkan tədbiri seçilib və o, Ankaranın "Sincan" həbsxanasına yerləşdirilib. Qalan polis əməkdaşları barəsində şəhəri tərk etməmək qətimkan tədbiri seçilib.

Qeyd edək ki ötən gün məhkəmə Andrey Karlovun qətli ilə əlaqədar digər polis əməkdaşı Sercan Başar və sahibkar Enes Asim Silin barəsində həbs qətimkan tədbiri seçib. APA.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31