Almaniya marixuananın tibbdə istifadəsini leqallaşdırdı
20 Yanvar 2017 09:32 DünyaAlmaniya bundestaqının deputatları marixuananın tibbi məqsədlər üçün istifadəsi haqqında qanunu qəbul ediblər.
Publika.az xəbər verir ki, uzun müzakirələrdən sonra deputatlar hökumət tərəfindən 2016-cı ildə irəli sürülmüş qanuna yekdilliklə səs veriblər.
Məlumata görə, ağır xroniki xəstəliklərdən və kimyəvi terapiyanın fəsadlarından əziyyət çəkən xəstələrin marixuana ilə müalicəsi sığorta şirkətləri tərəfindən ödəniləcək. Qanuna əsasən, marixuana ilə müalicə yalnız həkim tərəfindən təyin edilə bilər. APA.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31