Türkiyə məxsus karqo təyyarəsi radarlardan itdi
16 Yanvar 2017 08:20 DünyaACT Hava yolarına məxsus olan Boeing 747 - 400F tipli Tükr karqo təyyarəsi Bişkek yaxınlığında radarlardan itib. Qırğızıstan Hava Yolları təyyarənin yaxınlaşmasına az qalmış, Türkiyə saatı ilə 04:45- də radarlardan itdiyini açıqlayıb. Qırğızstan Hava Yolları təyyarədə olan 4 nəfərin vəfat etdiyini açıqlayıb. Returs isə 16 nəfərin vəfat etdiyni bildirib.
"Olaylar" "Hüriyyət" - ə istinaən bildirir ki, Bişkekə eniş etmək istərkən radarlardan itən təyyarə Türk ACT Hava Yollarına aid TC - MCL Boeing 747 - 400 tipli karqo təyyarə Honkookdan uçuş edirmiş. Verilən məlumata görə təyyarədə olan iki pilot və ikisi də yükdaşıyan şəxs olmaqla 4 nəfər həyatını itirib. Reuters isə təyyarədə 16 nəfərin vəfat etdiyini bildirib. Türk Hava Yollarının məlumatında isə 4 nəfərin dünyasını dəyişdiyi qeyd edilir.
Qeyd edək ki, qəza törədən təyyarə 2003 -cü ildə Boeing tərəfindən istehsal edilib, 124 ton karqo tutumu olan təyyarə 5 min 230 kilometr qet edə bilər. Saatda ən çox 922 km surətlə uça bilir. Təyyarə iki pilottərəfindən idarə olunurdu.