Turist avtobusu 10 metr hündürlükdən çaya düşüb

Böyük Britaniya və ABŞ-dan turistlərin olduğu avtobus Yeni Zelandiyanın Tonqariro milli parkında 10 metr hündürlükdən çaya düşüb.

Hadisə nəticəsində 15 nəfər xəsarət alıb.

Tibb işçilərinin məlumatına görə, dörd nəfər ciddi xəsarət alıb və xəstəxanaya helikopter ilə çatdırılıb.

Qəzanın səbəbləri araşdırılır.

Trend-in "RİA Novosti"yə istinadən verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31