Tailandda fəlakət: 41 nəfər öldü
15 Yanvar 2017 12:58 DünyaTailandın cənubunda musson yağışların yol açdığı təbii fəlakət nəticəsində 41 nəfər həyatını itirib.
Bu barədə Tailand Fövqəladə Halların Ləğvi üzrə Departament məlumat yayıb.
Xəsarət alan 9 nəfərdən 6 nəfərin durumu yaxşılaşır, su basan regionlarda su səviyyəsi aşağı düşür. Son iki həftə ərzində uçuş-eniş xətlərini su basması nəticəsində fəaliyyətini dayandırmış Nakxonsitxammarat əyalətindəki aeroport da fəaliyyətini bərpa edib.
Bununla belə, sinoptiklər 16-20 yanvar tarixlərində yeni musson yağışlar proqnozlaşdırır. Yağışlar turistlər arasında məşhur olan Pxuket adası və Krabi əyalətində daha intensiv olacaq. Meteoroloqlar subasma barədə xəbərdarlıq ediblər.
Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31