Dünyanın ən kiçik daşıyıcı raketi dənizə düşdü

Yaponiyanın istehsal etdiyi dünyanın ən kiçik peyk daşıyan SS-520-4 tipli raketin orbitə buraxılışı uğursuz olub.

Məlumata görə, daşıyıcı raket buraxıldıqdan bir müddət sonra dənizə düşüb. Raketin ikinci bölməsində yanacağın alışmadığı ehtimal olunur.

Qeyd edək ki, NHK telekanalı bundan əvvəl peyk daşıyan ən kiçik raketin orbitə uğurlu buraxılışının həyata keçirildiyini bildirmişdi.

Publika.az xəbər veirir ki, bu barədə "Kiodo" agentliyi məlumat yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31