Terror aktını törədənin şəxsiyyəti müəyyənləşib

İsrail polisi bazar günü Qüdsdə yük maşınını hərbçilərin üzərinə sürərək 4 nəfərin ölümünə, 13 nəfərin yaralanmasına səbəb olan terrorçunun şəxsiyyətini müəyyənləşdirib.

İsrail polisi bazar günü Qüdsdə yük maşınını hərbçilərin üzərinə sürərək 4 nəfərin ölümünə, 13 nəfərin yaralanmasına səbəb olan terrorçunun şəxsiyyətini müəyyənləşdirib.

Bu barədə polis nümayəndəsi öz "Twitter" mikrobloqunda yazıb. "Yük maşını ilə hücum edərək dörd əsgəri öldürən, 13-nü yaralayan terrorçu Cəbəl Mukaber rayonundan olan 28 yaşlı Fadi Kunbar adlı ərəbdir", - deyə polis qeyd edib. Hücum edən şəxs hadisə zamanı hərbçilər tərəfindən öldürülüb. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31