471 reys təxirə salınıb

"Türk Hava Yolları" İstanbul aeroportlarında yanvarın 8-nə nəzərdə tutulan 471 reysi təxirə salıb.

Trend-in Milliyet qəzetinə istinadən verdiyi məlumata görə, reyslər əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.

Qeyd edək ki, Türkiyə Meteoroloji Xidməti ölkənin qərbində hava şəraitinin kəskin pisləşməsi və güclü qar yağması barədə xəbərdarlıq etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31