Netanyahu Qüdsdə baş verən terrorla bağlı danışdı
8 Yanvar 2017 21:38 DünyaƏldə olunan bütün məlumatlar yük maşını ilə əsgərlərə hücum dən şəxsin İŞİD-lə əlaqəsi olduğunu göstərir.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
Qeyd edək ki, bu gün Qüdsdə naməlum şəxs yük maşınını bir qrup əsgərin üzərinə sürüb. Hadisə nəticəsində 4 nəfər həlak olub, 15 nəfər yaralanıb. Sürücü güllələnib. Yerli polis hadisənin terror aktı olduğunu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31