Sabiq prezident vəfat etdi
7 Yanvar 2017 22:01 DünyaPortuqaliyanın sabiq Prezidenti və Baş naziri Mariu Suariş şənbə günü 92 yaşında vəfat edib.
AZƏRTAC bildirir ki, sabiq Prezident dekabr ayında xəstəxanaya yerləşdirilmişdi və dərin koma vəziyyətində idi.
Portuqaliya Sosialist Partiyasının banisi Mariu Suariş iki dəfə Baş nazir vəzifəsində işləyib, 1986-cı ildən 1996-cı ilədək ölkənin Prezidenti olub. Dövlət başçısı vəzifəsindən getdikdən sonra o, 1999-2004-cü illərdə Portuqaliyanı Avropa Parlamentində təmsil edib. 2006-cı ildə sosialistlər tərəfindən yenidən prezidentliyə namizədliyi irəli sürülsə də, seçkilərdə uduzub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31