Üç ekranlı noutbuk yaradıldı
7 Yanvar 2017 19:19 DünyaABŞ-ın "Razer" şirkəti "CES 2017" beynəlxalq sərgisində özünün yeni "Project Valerie" noutbukunu nümayiş etdirib.
Lent.az xəbər verir ki, noutbuk "G-Sync" texnologiyasını dəstəkləyən 3 ekrana malikdir. Cihaz "Nvidia GeForce GTX 1080" video kartı ilə təmin edilib. Üç displeyin hər biri 17,3 düym diaqonala malikdir.
"Razer" şirkətinin mühəndislərinin sözlərinə görə, əlavə displeylər istifadəçilərə xidmətdə heç bir narahatlıq yaratmayacaq.
"Project Valerie" nəinki oyun oynamaq üçün, videoların işlənməsi üçün də rahat şərait yaradır. Hər üç displey eyni anda fəaliyyət göstərir.
Noutbukun qalınlığı 4 santimetr, çəkisi isə 7 kiloqram təşkil edəcək. Yeni məhsulun bu il bazara çıxarılacağı gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31