10 nəfər diri-diri yandı
7 Yanvar 2017 19:03 DünyaMərakeşin cənubunda baş verən yol qəzasında azı 10 nəfər diri-diri yanıb, daha 22 nəfər isə yaralanıb.
"Report" xəbər verir ki, bu barədə "France Presse" məlumat yayıb.
Qəza ölkənin cənubundakı Aqadir şəhərindən 40 km aralıda baş verib. Yük maşını sərnişin avtobusu ilə toqquşub və nəticədə nəqliyyat vasitəsi yanmağa başlayıb.
Xəsarət alanların bəziləri helikopterlə Mərakeş şəhərinə aparılıb, digərləri isə Aqadirdəki xəstəxanaya yerləşdiriliblər.
Səlahiyyətli qurumlar hadisənin başvermə detallarını araşdırmağa başlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31