Böyük Britaniyanın Baş naziri Ərdoğanla müzakirələr apardı
7 Yanvar 2017 18:25 DünyaTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Böyük Britaniyanın Baş naziri Teresa May arasında telefon danışığı olub.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, telefon danışığı zamanı Böyük Britaniyanın Baş naziri İstanbul və İzmirdə törədilən qanlı terror aktları ilə əlaqədar Türkiyə prezidentinə və xalqına başsağlığı verib.
Teresa May İstanbul və İzmirdə törədilən qanlı terror aktlarını şiddətlə qınadığını bildirib.
O deyib ki, Böyük Britaniya terrorla mübarizədə hər zaman Türkiyənin yanındadır.
Baş nazir sözügedən terror aktlarında həlak olan dinc insanların yaxınlarına başsağlığı verib.
Teresa May Kipr məsələsini də Ərdoğanla müzakirə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31