Suriya-Türkiyə sərhədində dəhşətli PARTLAYIŞ: 60 ölü, 50 yaralı (YENİLƏNDİ)
7 Yanvar 2017 17:54 DünyaVerilən son məlumatlara görə, Suriyanın şimalında yerləşən Azez şəhərində baş vermiş partlayışda ölənlərin sayı 60-a çatıb. 50 nəfərin isə yaralandığı bildirilir.
***
Suriyanın Hələb şəhərinin Azez qəsəbəsində dəhşətli partlayış aktı törədilib.
Publika.az "Sky News Arabia TV"-ya istinadən xəbər verir ki, güclü partlayış nəticəsində ən azı 25 nəfər həlak olub, yüzlərlə insan yaralanıb.
Partlayış avtomobilə yüklənən bomba ilə törədildiyi ehtimal edilir.
Xatırladaq ki, Suriya-Türkiyə sərhədinə yaxın ərazidə yerləşən Azez qəsəbəsi Suriya müxalifətinin nəzarətində olan bölgədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31