Türkiyədə futbol klubunun prezidentinə silahlı hücum
11 Noyabr 2016 10:17 DünyaÖtən gecə Türkiyənin "Yalovaspor" futbol klubun prezidentinə silahlı hücum edilib.
Milli.Az Milliyet-ə istinadən bildirir ki, avtomobili ilə evinə gedən Hakan Suiçməzə naməlum şəxlər tərəfindən silahlı hücum olub. Hücum zamanı klub prezidenti xəsarətsiz ötüşsə də, avtomobili yararsız vəziyyətə düşüb.
Hadisə yerinə gələn polislər bir nəfəri şübhəli şəxs qismində saxlayıblar.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31