Uşaq bağçası bombalandı, 6 uşaq həlak oldu

Suriyanın paytaxtı Dəməşqin yaxınlığındakı Harasta əl Bəsal şəhəri prezident Bəşər Əsədə sadiq qoşunlar tərəfindən fasiləsiz bombalanır.

Suriyanın paytaxtı Dəməşqin yaxınlığındakı Harasta əl Bəsal şəhəri prezident Bəşər Əsədə sadiq qoşunlar tərəfindən fasiləsiz bombalanır.

Dünənki bombardmandakı hədəflər arasında uşaq bağçası da vardı.

Milli.Az Al Arabiya-ya istinadən bildirir ki, silahlı müxalifətçilərin nəzarətindəki Hərasta şəhərində uşaq bağçasına minaların düşməsi nəticəsində 6 uşaq həlak olub, 17 uşaq yaralanıb.

Həlak olmuş uşaqlardan biri Cihad Qadadodur. O, Harasta şəhərindəki mülki müdafiə qüvvələrinin mənsubu, bombardmanda həlak olmuş Əbdülfəttah Qadadonun oğlu idi. Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31