“Türkiyəyə daha dəhşətli hücum olacaq” – ŞOK SSENARİ

“Türkiyəyə Qaziantep terror hücumundan daha dəhşətli hücumlar edəcəklər”.

"Türkiyəyə Qaziantep terror hücumundan daha dəhşətli hücumlar edəcəklər".
 

Publika.az xəbər verir ki, bu barədə təhlükəsizlik məsələləri üzrə ekspert, keçmiş bordobereli Mete Yarar Türkiyədəki prosesləri şərh edərkən deyib.
 

Mete Yarar Türkiyəyə qarşı hücum ssenarisini açıqlayıb.
 

"Bundan sonra belə edəcəklər: Əvvəlcə ictimaiyyəti gərginləşdirəcəklər. Məqsəd sinirləri yerindən oynatmaqdır. Qaziantepdə toya hücum edildi. Bir ananın 4 övladı həyatını itirdi. Kədərli mənzərədir. Bir müddət bu istiqamətdə hücumlar olacaq. İnsanları ən zəif yerlərindən vuraraq, sinirləri ilə oynayırlar. Bu hücumun arxasından yeni hücumlar olacaq. Xüsusilə əllərində kalaşnikov avtomatları ilə ən önəmli məhəllələrdən birində hücum həyata keçirəcəklər", - deyə o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31