"Rusların hamısı türkdür" - Erməni etirazçı

Yerevanda baş verən etiraz mitinqlərində rusiyalı jurnalistlər erməni milliyyətçilərinin qəzəbinə tuş gəliblər. 

Yerevanda baş verən etiraz mitinqlərində rusiyalı jurnalistlər erməni milliyyətçilərinin qəzəbinə tuş gəliblər. 
Jurnalisti danışmağa qoymayan erməni qadın Rusiya dövlətini uzun illər yalan danışmaqda ittiham edib. Digər etirazçı isə başlarına gələn bütün bəlaların Rusiyaya görə olduğunu söyləyib. Rusiyanın Türkiyə ilə münasibətlərinin normallaşmasından narahat olan qoca erməni bunun uzun çəkməyəcəyini söyləyib.

1xeber.com-a istinadən bildirir ki, erməni milliyyətçi qadın isə rusiyalı jurnalistə "Sizin damarlarınızda monqol-tatar qanı axır, rusların hamsıı türkdür" deyə bağırıb. 

Qeyd edək ki, ötən gün Ermənistan Milli Təhlükəsizik Xidməti (MTX) Yerevanda polis binasının tutulması ilə bağlı açılan cinayət işi çərçivəsində aparılan araşdırmalar zamanı 47 nəfəri saxlayıb.

Saxlanılan şəxslərdən 24-nə "Girov götürmə", "Binanın dağıdılması və ona zərər vurulması ilə bağlı həmin obyektin tutulması" və "Qeyri-qanuni silah alma, saxlama, daşınma və üzərində odlu silahın gəzdirilməsi maddələri üzrə ittiham irəli sürülüb.

Onu da qeyd edək ki, daha əvvəl Ermənistan Polisinin Patrul-mühafizə alayının Erebuni rayonunda yerləşən binasını zəbt edən silahlı qrup hökumətə təslim olub. Silahlı qrup həmin binanı iyulun 17-dən zəbt etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31