Siyasi mitinqdə faciə: diri-diri yandı - VİDEO - FOTO
Braziliya prezidenti Dilma Russeffə qarşı impiçmentə həsr olunmuş mitinqdə faciə yaşanıb.
28 İyul 2016 11:22 DünyaBraziliya prezidenti Dilma Russeffə qarşı impiçmentə həsr olunmuş mitinqdə faciə yaşanıb.Milli.Az El Mundo-ya istinadən bildirir ki, hadisə Braziliyanın şimalındakı Serjipi ştatındakı Arakaju şəhərində baş verib.Tribunada çıxış edənləri daha yaxşı görmək istəyən şəxs elektrik dirəyinə dırmaşmağa başlayıb. Ətrafdakıların xəbərdarlıqlarına rəğmən o, daha da yuxarı çıxmaq istəyib. Bu zaman elektrik cərəyanı həmin adamı vurub və o, canlı məşəl kimi yerə düşərək həlak olub.Vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılmış D.Russeffə gəldikdə isə, onun Rio de Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarında məşəlin yandırılma mərasimində iştirak etməyəcək.