Atatürk aeroportunda HƏYƏCAN: İŞİD üzvləri tutuldular
Bu gün axşam saatlarında İstanbulun Atatürk Hava Limanında anti-terror əməliyyatı keçirilib.
4 İyul 2016 09:53 DünyaDünən axşam saatlarında İstanbulun Atatürk Hava Limanında anti-terror əməliyyatı keçirilib.
Milli.Az axar.az-a istinadən bildirir ki, kəşfiyyat məlumatları əsasında keçirilən əməliyyatda iki İŞİD üzvü zərərsizləşdirilib.
Terrorçular Ukraynadan gələrkən həbs olunub.
Həm Qırğızıstan, həm də Rusiya pasportu olan 25 yaşlı K.V. və Ukrayna pasportu olan 35 yaşlı F.M-in üzərinə baxış zamanı 4 ədəd termal snayper tüfəngi üçün nəzərdə tutulmuş durbin, 3 dəst hərbi paltar, başqa şəxslərə aid 2 pasport, 3 ədəd Qırğızıstan şəxsiyyət vəsiqəsi və 5 doğum sənədi aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31