"Bu terror Türkiyə hökumətinin Rusiya və İsraillə əməkdaşlıq cəhdinə qarşı törədilib" - Rusiya
İstanbul aeroportunda törədilən terror aktı Türkiyə hakimiyyətinin Rusiya və İsrail ilə münasibətləri bərpa etmək cəhdinə qarşı edilib.
29 İyun 2016 11:05 Dünyaİstanbul aeroportunda törədilən terror aktı Türkiyə hakimiyyətinin Rusiya və İsrail ilə münasibətləri bərpa etmək cəhdinə qarşı edilib.
Avropa.info xəbər verir ki, bu açıqlama ilə Beynəlxalq İşlər üzrə Federasiya Şurası Komitəsinin başçısı Konstantin Kosaçev çıxış edib.
Senator terror aktında İŞİD-in əlinin olmasını ehtimal edir.
"Terror aktı açıq-aydın Türkiyə hakimiyyətinin Rusiya və İsrail ilə münasibətləri bərpa etmə cəhdinə qarşı yönəlib. Görünür ki, Türkiyəyə "xəbərdarlıq" edirlər ki, Rusiya diplomatiyasının səyləri ilə yeni yaradılan vahid antiterror cəbhəsində iştirak etməsin" - Kosaçev "Facebook" səhifəsində belə yazıb.
Senator terror aktının Rusiya və Türkiyə liderləri arasında dialoqa man olmayacağını, əksinə daha daha da yaxınlaşdıracağına ümid etdiyini bildirib.
"Heç nəyə baxmayaraq, biz bu gün Türkiyə ilə həmrəyik" - yazaraq ölənlərin ailəsinə başsağlığı verib.