Fransız qadınlar zorlanmamaq üçün avtobusa minmirlər

Fransanın hər iki qadından biri ictimai nəqliyyatda təcavüzdən qaçmaq üçün açıq geyimlərdən istifadə etməkdən imtina edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda nəqliyyat istifadəçiləri assosiasiyasının Milli federasiyası tərəfindən keçirilmiş tədqiqatın nəticələrində deyilir.

Sorğuya əsasən, zərif cinsin 48 faiz nümayəndəsi qısa ətəklərdən imtina edərək şalvar geyinirlər. Həmçinin onlar şərfdən və ya örpəkdən istifadə etməyə üstünlük verirlər, Respondentlərin təxminən yarısı ictimai nəqliyyatdan günün müəyyən vaxtlarında, xüsusən axşam saatlarında istifadə etməməyə çalışır.

Sorğunun 34 faiz iştirakçısı bildirib ki, xoşagəlməz hadisələrdən qaçmaq üçün taksi və ya velosipedlə getməyə başlayıblar.

Qadınların 87 faizi etiraf edib ki, ictimai nəqliyyatda hədə, təhqir, zorakılıq və təcavüzə məruz qalırlar.

Tədqiqatında 6 mindən çox qadın iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31