Putin şəxsi mühafizəçisini rəhbər təyin etdi
26 May 2016 15:56 DünyaRusiya prezidenti Vladimir Putin Federal Mühafizə Xidmətinin rəhbəri Yevgeni Murovu vəzifəsindən kənarlaşdırıb. Rusiya KİV-i xəbər verir ki, Murov şəxsən bu barədə prezidentdən xahiş edib. Digər bir sərəncamla isə Putin boş qalan vəzifəyə öz mühafizə xidmətinin rəhbəri Dmitri Koçnevu rəis təyin edib.
Qeyd edək ki, Koçnev 2015-ci ilin dekabrından Rusiya prezidentinin mühafizə xidmətdən rəis təyin olunmuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00