Rusiyanın baş hərbi prokuroru Türkiyədən yardım istədi
26 May 2016 15:55 DünyaRusiyanın baş hərbi prokuroru Sergey Fridinski Suriya sərhədində vurulan pilot Oleq Peşkovun ölümündə Türkiyədən hüquqi yardım istəyəcəklərini deyib. Rusiya KİV-i xəbər verir ki, Rusiya tərəfi hadisənin təfərrüatlarını və pilotun havada atəşə tutularaq öldürüldüyünə görə məsuliyyət daşıdığı bildirilən Alparslan Çelikin ifadələrini istəyir. "Türkiyə hüquq-mühafizə orqanlarına Peşkovun ölüm epizodu ilə bağlı yardım üçün müraciət edəcəyik. Düşünürəm ki, bundan sonra hər şey yerinə düşəcək" - deyə baş hərbi prokuror Fridniski deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00